Azərbaycan millisinin martın 22-də Haiti, bundan 3 gün sonra  Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, komandamızın baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Santuş Emin Mahmudov ("Neftçi") və Abbas Hüseynovu ("Qarabağ") zədəli olduqları üçün yığmaya dəvət etmədiyini bildirib.

O, martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

Qapıçılar: Rza Cəfərov ("Neftçi"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Mert Çelik ("Səbail"), Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (Hamısı "Qaravbağ"), Rahil Məmmədov ("Radomiak, Polşa), Zamiq Əliyev ("Eqnatiya", Albaniya), Rəhman Daşdəmirov ("Sabah")

Yarımmüdafiəçilər: Aleksey İsayev, Toral Bayramov (Hər ikisi "Qarabağ"), Coşqun Diniyev ("Çorum", Türkiyə), Elvin Camalov ("Neftçi"). Şahin Şahniyarov ("Qəbələ"), İsmayıl İbrahimli ("Zirə"), Səbuhi Abdullazadə ("Sumqayıt"), Ozan Can Kökçü (HJK, Finlandiya)

Hücumçular: Nəriman Axundzadə ("Qarabağ"), Xəyal Əliyev ("Sabah"), Renat Dadaşov ("Radomiak", Polşa), Ağadadaş Salyanski ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Musa Qurbanlı ("Qarabağ")

Xatırladaq ki, millimiz Haiti ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, Belarusla “Bank Respublika Arena"da üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest