“Səbail” klubu 3000 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının XXVI turunda baş verən digər neqativ hallara da baxılıb. Matc.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

“Zirə” - “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail”in futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, “Səbail” klubu 3000 manat cərimə edilib.

“Sumqayıt” - “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilib.

“Neftçi” - “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest