13 Mart 2025, 13:53
FUTBOL
“Santos”un futbolçusu Neymarın Braziliyaya qayıtmaq ehtimalı gündən-günə artmaqdadı. Matc.az xəbər verir ki, “Qalatasaray”ın da yaxından maraqlandığı “sambaçı”ya daha bir müştəri çıxıb.
"Bavariya" da təcrübəli hücumçunu heyətinə qatmaq niyyətindədi. Almanlar onu yayda azad agent kimi transfer etməyi planlaşdırırlar.
Qeyd edək ki, Avropada “Barselona” və PSJ-nin formasını geyinmiş Neymarın “Santos”la müqaviləsinin müddəti bu ilin yayına qədərdi.