Fernandu Santuş Şahin Şahniyarovu yığmaya çağırmasını şərh edib.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Haiti və Belarus yığmaları ilə keçiriləcək yoldaşlıq matçı üçün dəvət göndərdiyi futbolçuların sırasında I Liqa təmsilçisi "Qəbələ"dən Şahin Şahniyarovun olmasını şərh edib.

“Mən və köməkçilərin aşağı liqalardakı oyunlara da baxırıq. Şahində çoxlu keyfiyyət gördüm. Ondan başqa daha bir neçə futbolçu diqqətimizi çəkib”, - deyə F.Santuş vurğulayıb.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə qarşılaşacaq millimiz 3 gün sonra “Bank Respublika Arena”da Belarusla üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest