“Liverpul” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “qırmızılar” İngiltərə Liqa Kubokunun final oyununda Trent Aleksander-Arnoldun xidmətindən faydalana bilməyəcəklər.

Komandanın aparıcı üzvlərindən olan sağ cinah müdafiəçisi Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə keçirilən cavab matçında sıradan çıxıb.

Bu səbəbdən o, martın 16-da keçiriləcək İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”a qarşı oynaya bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest