13 Mart 2025, 12:19
FUTBOL
Vitse-kapitan yaxın günlərdə müəyyənləşəcək.
Azərbaycan yığmasını qarşıdakı oyunlara kimin kapitan sarğısında çıxaracağı bəlli olub. Matc.az xəbər verir ki, bunu milli komandamızın baş məşqçisi Fernandu Santuş açıqlayıb.
O, Haiti və Belarusla yoldaşlıq oyunlarına həsr olunan mətbuat konfransında bu görüşlərdə kapitanlıq sarğısının Bədavi Hüseynova həvalə olunacağını qeyd edib. Vitse-kapitan isə yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, millimizin Haiti ilə oyunu martın 22-də, Belarusla matçı isə martın 25-də baş tutacaq.