Yığmamızın baş məşqçisi Fernandu Santuş Misli Premyer Liqasında növbəti mövsümdən legioner limitinin ləğv olunması haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis zamana ehtiyac duyulduğunu qeyd edib.

“Bu dəyişikliyin təsiri sonradan görünəcək. Limitin ləğvinin nə qədər faydalı olacağını görmək üçün vaxt lazımdı. Bir də nəzərə alaq ki, legioner limiti ləğv olunmaqla yanaşı, komanda sayı da artırılıb”, - deyə yığmamızın çalışdırıcısı şərh verib.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/26 mövsümündən legioner limiti ləğv ediləcək, komanda sayı isə 12-yə çatdırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest