İntizam Komitəsinin iclasında Region Liqası və aşağı yaş qrupları üzrə liqaların oyunları ilə də bağlı qərarlar verilib. Matc.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

Ümid (Saatlı)-Marafon İK oyununda Ümid (Saatlı) komandasının baş məşqçisi Anar Cəbrayılov qarşılaşmanın 60-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.

Oyun bitdikdən sonra Ümid (Saatlı) komandasının rəsmisi Şahmar Abdullayev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.

AFFA Gənclər Liqasında keçirilən Universal Football Academy-Səbail PFK oyununda Səbail PFK komandasının heyətində Sabir Məmmədov qarşılaşmanın 30-cu dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 3 oyunluq cəzalanıb.

Oyunun 30-cu dəqiqəsində Səbail PFK komandasının heyətində Fariz Hüseynovun komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 3 oyunluq cəzalanıb.

AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Şamaxı FK oyununda Zirə PFK komandasının futbolçusu Nuran Muradlı qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyunluq cəzalanıb.

AFFA U-16 Liqasında keçirilən Səbail PFK-Lion PFK oyunu bitdikdən sonra Səbail PFK komandasının heyətində Nizami Mənsimov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyunluq cəzalanıb.

Oyun bitdikdən sonra Lion PFK komandasının futbolçusu Seymur Şükürlü rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyunluq cəzalanıb.

AFFA U-14 Liqasında keçirilən Birlik PFK-Baku Sporting FK oyununda Birlik PFK komandasının baş məşqçisi Zahid Əliyev oyunboyu və oyun bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalanıb.

AFFA U-13 Liqasında keçirilən Araz Bakı UFK-Binə FK oyununda Araz Bakı UFK komandasının heyətində Camal Fərruxlu 29-cu dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.

Qarşılaşmanın 29-cu dəqiqəsində Araz Bakı UFK komandasının köməkçi məşqçisi Ramin Fərruxlu meydana daxil olaraq hakimə fiziki təzyiq göstərdiyinə və qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 7 oyunluq cəzalanıb.

AFFA U-13 Liqasında keçirilməli olan Həkəri Qubadlı-Sunami FK oyununun Həkəri Qubadlı komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Həkəri Qubadlıya 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest