“Mançester Yunayted” hücumçusu Markos Reşfordun satışından cəmi 20 milyon funt-sterlinq qazana bilər. Matc.az xəbər verir ki, 27 yaşlı forvard hazırda “Aston Villa”da icarə əsasında çıxış edir.

Birmingem klubu onun maaşının 75%-ni ödəyir. Reşford həftədə 315 min funt-sterlinq qazanır. “Aston Villa” İngiltərə millisinin üzvünü 40 milyon funt-sterlinqə transfer etmək hüququna malikdi. Həmçinin digər klublar da onu bu məbləğə ala bilərlər. Lakin heç bir komanda ona indiki maaşa yaxın əməkhaqqı təklif etmək istəmir.

“Mançester Yunayted” rəhbərliyi də Reşfordun yeni klubda maaşının azalmasını kompensasiya etmək üçün ona müəyyən məbləğ ödəməli olacaq. Bu kompensasiya 20 milyon funt-sterlinq təşkil edə bilər.

Qeyd edək ki, Markus Reşford cari mövsüm 20 Premyer Liqa oyununda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest