AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Toplantıda Misli Premyer Liqasının XXVI turunun “Araz-Naxçıvan” - “Qarabağ” görüşündə baş verən neqativ hallara hüquqi qiymət verilib.
Oyunun 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün ona 2 oyun şərti olmaqla 4 oyunluq cəza verilib, “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Matçın 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyunluq cəzalanıb, “Qarabağ” klubu 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Oyunun 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyunluq cəzalanıb, “Qarabağ” klubu 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.