Mayın 24-də Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. Matc.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Komandamızın baş məşqçisi Vaqif Kazımov qitə birinciliyində 11 boksçuya şans verəcək. Təmsilçilərimizdən Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar.

Artıq Rumıniyaya yollanan komandamız iyunun 2-də Vətənə qayıdacaq.

Qeyd edək ki, Avropa birinciliyində mayın 24-28-də təsnifat mərhələsinin döyüşləri olacaq. Mayın 29-da istirahət edəcək boksçular növbəti 2 gündə yarımfinal görüşlərinə çıxacaqlar. İyunun 1-də isə qaliblərin adları bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest