Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq turnir keçirilib. Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycandan olan yeniyetmə cüdoçular 9 komandanın heyətində medallar uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən beynəlxalq turnirin final görüşündə Naxçıvan Muxtar Respublikası və Sumqayıt komandaları üz-üzə gəliblər. Görüş naxçıvanlı cüdoçuların inamlı qələbəsi ilə başa çatıb. Gürcüstan və Qəbələ komandaları isə turnirin bürünc medallarını qazanıblar.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest