DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin səbətləri açıqlanıb.

Matc.az xəbər verir ki, Türkiyə və İtaliya milliləri püşkdə birinci səbətdə yer alacaqlar.

Sabah keçiriləcək püşkatmada qruplar və bir-biri ilə qarşılaşacaq cütlüklər bəlli olacaq.

Birinci səbət: İtaliya, Türkiyə, Ukrayna, Danimarka

İkinci səbət: Çexiya, Polşa, Uels, Slovakiya

Üçüncü səbət: İrlandiya, Kosovo, Albaniya, Bosniya və Herseqovina,

Dördüncü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya.

Qeyd edək ki, qruplarda birinci səbətdə yer alan komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaq. Daha sonra qalib komandalar finalda üz-üzə gələcək. Burada qələbə qazanan yığma mundiala vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest