İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Matc.az xəbər verir ki, qitə birinciliyində uğurlu çıxış edən yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb və 135 xalla Avropa ikincisi olub.

Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.

Qeyd edək ki, millimizin tərkibində Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest