Belarusda keçirilən II Avropa Oyunları davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisi ilk medalını qazanıb.

Yığmamızın aktivinə ilk medalı akrobatika gimnastlarımız yazdırıb. Qarışıq komanda yarışında mübarizə aparan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü dinamik hərəkətlərdə 28,830 xal toplayaraq gümüş medala sahib çıxıb. Yarışda birinci yeri rusiyalılar Viktoriya Aksenova - Kiril Startsev cütlüyü tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə çoxnövçülük yarışlarında təmsilçimiz Zöhrə Ağamirova topla hərəkətlərdə 17,850, gürzlərlə hərəkətlərdə isə 19,225 xal toplayaraq, iki hərəkətin cəmində 37,075 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest