Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir. Dördüncü yarış günündə Azərbaycan millisinin daha bir idmançısı rinqə çıxıb.

56 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev 1/8 finalda qüvvəsini sınayıb. Boksçumuz “Uruçye Arena”da baş tutan yarışda ukraynalı Nikola Butsenko ilə görüşüb.

Boksçumuz qarşılaşmadan məğlub ayrılaraq, mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest