Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yeganə qadın boksçusu Məryəm Cəbrayılova bu gün mübarizəyə qoşulub.

69 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində Vivyen Budai ilə üz-üzə gəlib. “Uruçye Arena”dakı döyüş Macarıstan boksçusunun qələbəsi ilə nəticələnib.

Bununla Cəbrayılova mübarizəni erkən dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest