Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdoçuların fərdi mübarizəsi olub. Matc.az saytının məlumatına görə, dünən daha 5 idmançımız tatami üzərinə çıxıb.

Kişilərdən Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq), qadınlardan isə İrina Kindzerska (78 kq) bürünc medal əldə edib.

Bununla yığmamız Minsk-2019-u 5 medalla başa vurub. Çünki onlara qədər Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərov (73 kq) "bürünc" qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest