"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunun oyunundan əvvəl "Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov haqqında fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis rəqib komandanın gənc oyunçusunun istedadını yüksək qiymətləndirib.
"Mən Batrakovun çox oyununu izləməmişəm. Lakin yaxşı çıxış etdiyi son matçına baxmışam. "Qalatasaray" üçün əla transferdir. Əgər gəncsənsə və istedadın varsa, hər zaman böyük xəyallar qurursan. Məsələn, əgər dedikləriniz doğrudursa, Batrakovun xəyal etdiyi kimi "Barselona"da oynamaq istəyirsən. Ambisiyalı olmaq yaxşı şeydir", - deyə Flik qeyd edib.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də İstanbulun "RAMS Park" stadionunda baş tutacaq.













