08 İyun 2026, 11:53
MPL
Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.









_1780918407.jpg)



