İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bornmut"un müdafiəçisi Tayron Minqsi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Britaniya mətbuatının iddiasına görə, bu transfer "Aston Villa"ya 20 milyon funt-sterlinqə başa gəlib.
 
Xatırladaq ki, Minqs ötən mövsümün ikinci hissəsini  icarə əsasında məhz "Aston Villa"da keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest