Londonun "Arsenal" və Dortmundun "Borussiya" klubları arasında keçirilən yoxlama oyunu başa çatıb.

Matc.az xəbər verir ki, qarşılaşma Almaniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı artıq 7-ci dəqiqədə "Borussiya"nın hücumçusu Samuele İnasiu açıb. 29-cu dəqiqədə "arılar"ın yarımmüdafiəçisi Konstantinos Karetsas komandasının üstünlüyünü artırıb.

İkinci hissənin 54-cü dəqiqəsində İtan Nvaneri "Arsenal"ın qollarından birini vurub. 58-ci dəqiqədə isə müdafiəçi Joand Qadu Almaniya klubunun üçüncü qoluna imza atıb. Matçın 69-cu dəqiqəsində "topçular"ın hücumçusu Viktor Qyökereş yekun hesabı müəyyənləşdirib - 3:2.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest