20 Avqust 2026, 09:50
FUTBOL
"Hapoel" komandası yüksək səviyyəli kollektivdir.
Matc.az xəbər verir ki, bu barədə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas açıqlama verib.
Mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 2:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. "Hapoel" yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.













