"Səfərdə də yaxşı oyun göstərmək istəyirik".
Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Hapoel” (Beer-Şeva) doğma meydanda "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İsrail təmsilçisinin baş məşqçisi Ran Kojuk matç haqda bunları qeyd edib:
"Qələbə qazansaq da, bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. “Sabah”ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdir. Ötürmə vaxtı səhv etdik və onlar da bundan yararlandılar. Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.













