"Bavariya"nın hücumçusu Harri Keyn Münhen klubunun yeni 2026/27 mövsümü üçün qarşısına qoyduğu əsas hədəfi açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə "FourFourTwo" nəşri məlumat yayıb.

İngiltərəli hücumçu PSJ, "Arsenal", Madrid "Real"ı və Avropanın digər güclü klubları ilə mübarizə aparacaqları Çempionlar Liqasının münhenlilər üçün əsas hədəf olduğunu vurğulayıb.

Harri onu daha da inkişaf etdirən dünyanın ən yaxşı müdafiəçilərinə qarşı oynamağı sevdiyini əlavə edib: "Gələcəyə baxsaq, Çempionlar Liqası bizim əsas hədəfimizdir. Siz Avropanın ən yaxşı komandaları ilə qarşılaşırsınız, PSJ isə turnirin son ikiillik qalibidir. Çox çətin olacaq. "Arsenal" finala qədər yüksəlib. "Real" həmişə var. Avropa çempionu olmaq üçün qələbə qazanmalı olduğumuz çoxlu top-komandalar var. Mən bu çağırışı yenidən səbirsizliklə gözləyirəm. Ötən il finala yüksəlməyə həddindən artıq yaxın idik. Bu il daha bir addım irəli getmək üçün əlimizdən gələni etməliyik".

Ötən 2025/26 mövsümündə Keyn çıxdığı 51 matçda 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest