20 Avqust 2026, 09:31
FUTBOL
"Aston Villa"nın və İngiltərə millisinin mərkəz müdafiəçisi Ezri Konsa karyerasını Londonun "Arsenal" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Klublar artıq transferi razılaşdırıblar, "Aston Villa" öz oyunçusu üçün 50 milyon funt-sterlinq və əlavə olaraq bonuslar əldə edəcək.
Bildirilir ki, futbolçunun özü ilə şəxsi müqavilənin şərtləri də artıq razılaşdırılıb. Yaxın 48 saat ərzində Konsa "Arsenal"da tibbi müayinədən keçəcək.
Ötən mövsüm Konsanın aktivində "Aston Villa"nın heyətində bütün turnirlərdə çıxdığı 48 matçda 2 qol və 1 məhsuldar ötürmə var. 28 yaşlı ingiltərəli oyunçunun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.













