"Fənərbaxça"nın niderlandlı mərkəz müdafiəçisi Ceyden Ostervoldenin "Roma"ya transferi son anda baş tutmayıb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, "Roma" tibbi müayinədən sonra transferdən imtina edib. Müayinə zamanı həkimlər Ostervoldenin dizaltı vətərində zədə aşkarlayıblar və bu səbəbdən futbolçuya cərrahi müdaxilə, eləcə də 3 aylıq bərpa dövrü lazım ola bilər.

Beləliklə, "transfer pəncərəsi"nin bağlanmasına bir neçə gün qalmış "Roma" mərkəz müdafiəsini gücləndirmək üçün təcili digər variantlar axtarmaq məcburiyyətində qalacaq. Alternativ variant "Monako"dan Tilo Kerer ola bilər.

Daha əvvəl paytaxt klubu Milan "İnter"inin sağ cinah müdafiəçisi Luis Enrikenin transferindən də imtina etmişdi.

Xatırladaq ki, "Roma" A Seriyasının yeni mövsümünə "Olimpiko" stadionunda "Fiorentina" üzərində 4:0 hesablı darmadağınçı qələbə ilə başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest