"Bu il festivalda çıxış edəcək komandamız Azərbaycan çempionatında U-19 olaraq iştirak edib". Matc.az xəbər verir ki, bunu voleybol üzrə gənc oğlanlardan ibarət millimizin üzvü Mais Verdizadə deyib.

21-27 iyul tarixlərində paytaxtımızda keçiriləcək "Avropa Gənclər Olimpiya Festivalı"nda ölkəmizi gənc voleybolçular təmsil edəcək. Verdizadə festivala hazırlıq prosesindən danışıb: "Düzü, festivala hazırlıqlara elə çempionatda iştirakımızla başlamışdıq. çempionatdan sonra festivala hazırlıq mərhələsində bir neçə yoldaşlıq görüşlərimiz də oldu. Yarışların başlamısana çox az vaxt qalıb. Komandamızda yüksək əhval-ruhiyyə var. Rəqiblərimiz bilinir, biz də məşqlərimizi rəqiblərimizin oyun taktikalarına uyğun keçirik. ölkəmizin belə mötəbər yarışa ev sahibliyi etməsinin biz idmançılar üçün müsbət tərəfləri çoxdu: doğma meydanımızda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Doğrudu, bunun böyük məsuliyyət olduğunu anlayırıq və çalışacağıq gözəl oyun göstərək".

Qeyd edək ki, millimiz A qrupunda  Belarus, Almaniya və Rusiya ilə mübarizə aparacaq. B qrupunda isə Bolqarıstan, İtaliya, çexiya və Belçika üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest