Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışını davam edir. Matc.az xəbər verir ki, gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız bu gün Bolqarıstan hazırlığını başa vuraraq, Rusiyaya yola düşüb.

Komandamız Bolqarıstan toplanışı çərçivəsində 2 dəfə yerli yığma ilə yoxlama oyunu keçirib - 1:3, 3:1. Rusiyada və daha sonra Türkiyədə də təlim-məşq toplanışına davam edəcək qızlarımız Rusiya millisinə qarşı da bir neçə yoxlama matçı keçirəcək.

Qeyd edək ki, komandamız turniri qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest