"Festivalın başlanmasına artıq sayılı günlər qalıb. Bir ilə yaxındı bu yarışa hazırlaşırıq". Matc.az xəbər verir ki, bunu voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin üzvü Mirəşrəf Rzazadə deyib.
O, komandanın Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlığından bəhs edib: "İlk olaraq çempionatda iştirak etdik. çempionatdan sonra təlim-məşqlər və bir neçə yoldaşlıq oyunları keçirdik. Hazırlıq prosesinə 20-yə yaxın idmançı cəlb edilmişdi. Festivalda isə 12 voleybolçu ilə təmsil olunacağıq".
Yığmamız Festivaldakı oyunlarını FHN İdman Arenasında keçirəcək. Rzazadə turnirin startını səbirsizliklə gözlədiklərini vurğulayıb: "Dünən oyun arenasında ilk məşqimiz oldu. Oyunlar yaxınlaşdıqca həyəcanımız artır, amma bu, gözəl hisslərdi. ölkəmizi belə mötəbər yarışlarda təmsil etmək qürurvericidi. Rəqiblərimiz hər nə qədər güclü olsa da, sona kimi mübarziə aparacağıq. Bizi dəstəkləyən azarkeşləri oyunlarımızı izləməyə çağırırıq. çünki idmanda qələbənin böyük hissəsi azarkeşlərindi".