AFFA İntizam Komitəsi Sumqayıt təmsilçisi “Odlar Yurdu”nu U-10 Liqasından kənarlaşdırıb. Matc.az xəbər verir ki, buna səbəb adıçəkilən komandanın bu mövsüm üçüncü dəfə bir oyunda meydana çıxmaması olub.
“Qəbələ”nin U-15 komandasının futbolçusu Emil Təhməzov ağır cəzaya məruz qalıb. Matc.az xəbər verir ki, buna səbəb onun U-15 Liqasında “Asta” ilə oyundan sonra hakimi əllə vurması olub. Bu üzdən AFFA İntizam Komitəsi futbolçuya oyunluq diskvalifikasiya edib.
AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusu İqor Noqeyranın cəzasını açıqlayıb. Matc.az xəbər verir ki, “Kəpəz”lə oyunda qırmızı vərəqə alan oyunçu 1 görüşlük sanksiyaya məruz qalıb, klubu 500 manat cərimələnib.
“Yeni komandamda bir müddətdi məşqlərə qoşulmuşam. Meydana çıxmağa hazıram. Amma bu, baş məşqçiyə aid məsələdi”. Matc.az xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Trent Buhagiar klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.