06 Noyabr 2019, 20:15
ÇEMPİONLAR LİQASI
İngiltərənin "çelsi" klubu UEFA çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Hollandiya "Ayaks"ı ilə məhsuldar heç-heçəyə razılaşıb – 4:4. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma "zadəganlar"ın futbolçusu Ris Ceyms üçün əlamətdar olub.
Belə ki, görüşdə komandasının sonuncu – 4-cü qolunu vuran müdafiəçi London klubunun tarixinə düşüb. 19 yaş 332 günlük müdafiəçi "çelsi" formasıyla çL-də qol vuran ən gənc futbolçu olub.
"çelsi"nin yetirməsi olan Ceyms, bu yay əsas komandaya qoşulub.