"Real" ötən il karyerasını başa vuran Toni Kroos səviyyəsində yarımmüdafiəçi almaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu ideal variant kimi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini nəzərdən keçirir. İspaniyalı futbolçunun bu mövsümün əvvəlində çarpaz bağlarının yırtılması zədəsi də "Real"ı narahat etmir. "Kral klubu"nun müdafiəçisi Daniel Karvaxalın Rodri ilə dost olması da, onun qərarına təsir edə bilər.

Alternativ variant isə "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi ilə müqavilə bağlamaqdır. Lakin London "Arsenal"ının yarımmüdafiəçini almaq şansı daha yüksəkdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest