20 Aprel 2025, 18:22
FUTBOL
Türkiyə millisi və "Roma"nın 28 yaşlı müdafiəçisi Zeki Çelik "Fulhem"ə keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.
Bildirilir ki, London klubunun nümayəndələri artıq futbolçunun özü ilə razılığa gəliblər. İndi tərəflər sövdələşməni yekunlaşdırmaq üçün transferin maliyyə şərtlərini müzakirə etməli olacaqlar.
Qeyd edək ki, Çelik bu mövsüm "Roma"nın heyətində 37 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Türkiyəli müdafiəçinin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.