20 Aprel 2025, 15:46
FUTBOL
"Bayer" komandanın baş məşqçisi Xabi Alonsonun "Real"a gedişinin qarşısını almaq niyyətində deyil.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "X" sosial şəbəkəsində jurnalist Fabrizio Romano paylaşıb.
Leverkuzen klubu ispan mütəxəssisin "Real"a rəhbərlik etmək istədiyini bilir.
43 yaşlı mütəxəssis Madrid klubunda Karlo Ançelottini əvəzləmək üçün əsas namizədi olaraq qalır.
Qeyd edək ki, Xabi Alonsonun "Bayer" ilə hazırkı müqaviləsi növbəti mövsümünün sonuna qədərdir.