Slovakiya Futbol Assosiasiyasının prezidenti Yan Kovaçik yerli mətbuata müsahibə verib. Matc.az saytının məlumatına görə, Kovaçik AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək son oyunlar barədə fikirlərini bildirib.

- Slovakiya yığması AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində son dəfə bir araya gələcək. Daxili atmosfer necədi?

- Ab-hava həmişə olduğu kimidi. Avropa çempionatına hansı şəraitdə irəliləyəcəyimizi bilirik. Başqalarından asılı olmamaq üçün iki qələbəyə ehtiyacımız olduğunu başa düşürük. Uğur qazanıb-qazanmayacağımızı yalnız meydandakı mübarizə göstərəcək.

- Seçmə mərhələyə Azərbaycanla oyunla yekun vuracaqsınız. Səfərdə 5:1 hesablı qalibiyyətdən sonra azarkeşlər evdə də yalnız qələbə gözləyir...

- Uşaqların seçmə mərhələni uğurlu nəticə ilə bitirməsini gözləyirəm. Bütün oyunu qapalı müdafiəyə qarşı keçirəcəyimizi təxmin etmək olar. Amma komandamın bunun öhdəsindən gələcəyinə inanıram.

- Azərbaycanla oyunun başqa şəhərdə keçirilməsini planlaşdırsanız da, Trnavaya saldınız. Buna səbəb nə oldu?

- Baş məşqçimiz Pavel Hapal futbolçularla görüşdükdən sonra daha keyfiyyətli stadionda oynamaq istədiklərini bildirdi. Daha əvvəl matçın Bratisavada keçirilməsinə qərar vermişdik. Lakin Azərbaycan tərəfinə fikir dəyişikliyimizi çatdırdıq, onlar da heç bir problemin olmadığını vurğuladı. Bu üzdən UEFA-ya müraciətimizi etdik. Rəqibin xarakterini nəzərə alsaq, yaxşı meydanda çıxış etməyimiz çox vacibdi. Azərbaycan müdafiədən çıxış edəcək və biz yaradıcı oyun göstərməli olacağıq.

- AVRO-2020-yə vəsiqə təqdirində komandaya mükafat veriləcəkmi?

- Əgər bu baş verərsə, Slovakiya Futbol Assosiasiyasına gələcək pulun 1/3-i komandaya veriləcək. Hazırda dəqiq məbləği bilmirəm. AVRO-2016-ya vəsiqə qazananda bu məbləğ 3 milyon avro idi. İnanıram ki, bu dəfə daha çox olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest