11 Noyabr 2019, 22:26
AVRO-2024
Madrid "Real"ının xeyli müddətdi zədədən əziyyət çəkən futbolçusu Qaret Beylin Uels milli komandasına dəvət aldığını xəbər vermişdik. Matc.az xəbər verir ki, Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Macarıstanla keçiriləcək son oyunlar üçün Uels yığmasına çağırılan təcrübəli yarımmüdafiəçi La Liqanın XIII turu çərçivəsində "Eybar"la qarşılaşmada da Madrid təmsilçisinə kömək edə bilmədi.
Amma Beylin yığmamızla oyunda meydana çıxması üçün heç bir problem qalmayıb. AS nəşrinin yazdığına görə, Uels yığması qarşıdakı oyunlar üçün hazırlığa start verib və "Real"ın ulduz futbolçusu da komanda ilə birgə hazırlaşır.
Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.
Beyl "Real"ın heyətində sonuncu dəfə oktyabrın əvvəlində oyun keçirib və Aç-nin seçmə mərhələsi çərçivəsində baş tutan Xorvatiya ilə matçdan bəri zədədən əziyyət çəkirdi.