AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Uels yığması toplanışa başlayıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bir aydı yaşıl meydanlardan uzaq olan kapitan Qaret Beyl də kollektivlə birlikdə məşqə çıxıb.

Ulduz futbolçunun məşqdəki perdormansı baş məşqçi Rayan Giqqzi sevindirib. Belə ki, sonuncu dəfə Xorvatiya ilə seçmə mərhələ matçında iştirak edən Beyl tam sağlam görünüb. Bu, Giqqzi müəyyən qədər qəzəbləndirib də. Belə ki, yerli KİV futbolçusunun bu dərəcədə hazır olmasına baxmayaraq, klubu "Real" tərəfindən zədəli olduğu xəbərlərinin yayılması və son bir ayda heç bir oyunda şans verilməməsi Giqqi əsəbləşdirib. Hətta Uels Futbol Federasiyası da İspaniya nəhənginin 30 yaşlı hücumçuya qarşı bu cür münasibətini pisləyir.

"Real" tərəfi isə onun yığmaya dəvətinə qarşıdı. Baş məşqçi Zinəddin Zidan bunda heç bir problemin olmadığını bildirsə də, klubda düşüncələr fərqlidi. "Kral klubu" qış fasiləsində Beyli satmaq niyyətindədi. Ancaq Uels yığmasında yenidən zədələnməsi bu baxımdan ispanların planını poza bilər.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest