Ötən ay Uels yığmasından kənarda qalan 35 yaşlı mərkəz müdafiəçisi bu dəfə bir neçə zədəli müdafiəçi olduğundan, yenidən dəvət alıb. O, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla son matçların iştirak ərizəsinə salınıb.
"Klubum "Bristol Siti"də yaxşı çıxış edirəm. Yığmanın baş məşqçisi Rayan Giqqz də oynamaq istədiyimi bilir". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının kapitanı Eşli Uilyams deyib.
ötən ay Uels yığmasından kənarda qalan 35 yaşlı mərkəz müdafiəçisi bu dəfə bir neçə zədəli müdafiəçi olduğundan, yenidən dəvət alıb. O, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla son matçların iştirak ərizəsinə salınıb.
Uilyams yerli mətbuata açıqlamasında milliyə layiq olduğunu söyləyib: "Giqqz klubumda yaxşı oynadığımı bilir. ötən ay Slovakiya və Xorvatiya ilə görüşləri buraxanda çox məyus olmuşdum. Amma indi əla formadayam. Final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Şənbə günü Azərbaycana qalib gəlsək, Macarıstanla Kardiffdəki görüş inanılmaz olacaq".
Qeyd edək ki, noybarın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək. Adalılar qrup ikinciliyini tutmaq üçün Slovakiyanın da büdrəməsinə ümid etməlidi.