AVRO-2020-nin seçmə mərhələsinin son oyunlarında Xorvatiya və Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyətində dəyişiklik edilib. Bu barədə komandanın baş məşqçisi Pavel Hapal məlumat verib.
AVRO-2020-nin seçmə mərhələsinin son oyunlarında Xorvatiya və Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavel Hapal məlumat verib.
50 yaşlı çalışdırıcı təşkil edilən mətbuat konfransında yarımmüdafiəçi Laslo Beneşi ("Borussiya", Mönhenqladbax, Almaniya) zədəli olduğu üçün heyətdən çıxardığını açıqlayıb. Əvəzində "Breşiya"nın üzvü Nikolas Şpalekə dəvət göndərib.
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.