AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels yığması bu oyunlara yeni formada çıxacaq. Həmin forma artıq təqdim olunub. Adidasın hazırladığı yeni dəst daha sadə görünüşlüdü. Əvvəlki emblemin detalları müasirləşdirilib.
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels yığması bu oyunlara yeni formada çıxacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, həmin forma artıq təqdim olunub.
Adidasın hazırladığı yeni dəst daha sadə görünüşlüdü. Əvvəlki emblemin detalları müasirləşdirilib, dizaynda bəzi dəyişikliklər edilib. Ənənəvi qatı qırmızı rəng qorunubsa, ağ bəzəklər yerini sarı zolaqlara verib.
Artıq satışa buraxılan formadan Uels yığması vəsiqə qazanacağı təqdirdə Avropa çempionatının final mərhələsində də istifadə etmək niyyətindədi.
Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.