"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal klubunu məhkəməyə verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı orta sahə oyunçusu 2,4 milyon avroluq bonusunu almadığı üçün bu addımı atıb.

Belə ki, o, müqavilədəki bəzi detallara görə, bu qədər məbləğdə pulu almadığını iddia edib. "Barselona" rəhbərliyi isə bunu təkzib edərək, aidiyyəti orqanlara rəsmi sənədləri təqdim edib.

Maraqlıdı ki, Vidal özü də açıqlamasında bunu təkzib etməyib: "Bu məsələdə məsuliyyətli şəxs mən yox, agentim və vəkilimdi. Bonus və bu kimi digər mövzulara məhz onlar cavabdehdilər. Əgər pulun verilməməsi məsələsi həqiqətdisə, o zaman bu, ədalətsizlikdi".

Vidal eyni zamanda "Barselona"da qalıb-qalmayacağına tətildən döndükdən sonra qərar verəcəyini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest