09 Avqust 2020, 17:00
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında həftənin rəmzi komandası məlum olub.
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə "çelsi"ni 4:1 hesabıyla məğlub edən "Bavariya"dan 5 futbolçu yer alıb:
Qapıçı: Manuel Noyer ("Bavariya"):
Müdafiəçilər: Alvaro Odriosola ("Bavariya"), Nelson Semedo, Kleman Lanqle (hər ikisi "Barselona");
Yarımmüdafiəçilər: İvan Perişiç, Korentin Tolisso (hər ikisi "Bavariya"), İvan Rakitiç ("Barselona"), Rahim Sterlinq ("Mançester Siti");
Hücumçular: Robert Levandovski ("Bavariya"), Kriştiano Ronaldo ("Yuventus"), Qabriel Jesus ("Mançester Siti").
