15 Avqust 2020, 18:22
ÇEMPİONLAR LİQASI
"Barselona" çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 2:8 hesabıyla uduzub.
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin karyerasının ən ağır məğlubiyyəti olub.
Bundan əvvəl Messi karyerasının ən böyükhesablı məğlubiyyətini Argentina milli komandasında yaşamışdı. Həmin oyunda – 2009-cu ildə Argentina yığması Boliviyaya 1:6 hesabıyla uduzmuşdu.
"Barselona" isə 74 il sonra qapısında 8 top görüb. Sonuncu dəfə 1946-cı ildə İspaniya kubokunda "Sevilya" Kataloniya klubuna 8 qol vurmağı bacarıb. "Barselona" həmin görüşdə fərqlənə bilməyib.
Belə uğursuz nəticə komanda üçün çempionlar Liqasında ilkdir. İspaniya nəhəngi tarixi ərzində heç vaxt bu turnirdə 8 qol buraxmamışdı.
Həmçinin "Barselona" bunadək avrokuboklarda cəmi 2 dəfə 5 və daha artıq qol buraxıb. Sözügedən oyunlar 1962-ci ildə Yarmarkalar kubokunda "Valensiya" (2:6), 1976-cı ildə isə UEFA kubokunda "Levski" ilə (4:5) matçlardır.