Tarixdə ilk dəfə olaraq üç alman məşqçinin rəhbərlik etdiyi komandalar UEFA çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.
 
Matc.az xəbər verir ki, Hansi Flikin rəhbərlik etdiyi "Bavariya" "Barselona"ya 8:2 hesabı ilə qalib gələrək çL-in yarımfinalına yüksəlib.
 
Daha öncə digər alman mütəxəssislər – PSJ-nin baş məşqçisi Tomas Tuxel və "Leyptsiq"i çalışdıran Yulian Naqelsmann da komandasını yarımfinala daşımışdı.
 
Qeyd edək ki, çL-də yarımfinala son vəsiqə uğrunda ispaniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" ilə fransız Rudi Qarsiyanın rəhbərlik etdiyi Lion "Olimpik"i mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest