Futbol üzrə UEFA çempionlar Liqasının yarımfinalında bu mövsüm nə Lionel Messi, nə də Kriştiano Ronaldo oynayacaq.
 
Matc.az xəbər verir ki, "Yuventus"un 1/8 finalda Fransanın "Olimpik" (Lion)" klubunu keçə bilməyərək mübarizəni dayandırmasından sonra "Barselona" da "Bavariya"ya 2:8 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
 
Bununla da, hər iki oyunçunun klubu çL-də bu mövsüm üçün çıxışını başa vurub. Beləliklə, 2005/06 mövsümündən bəri ilk dəfə nə Messi, nə Ronaldo çL-in yarımfinalında oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest