Şimali Makedoniyanın "Sileks" klubu UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ"la matç üçün Azərbaycana gəlib.
 
Matc.az xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edib.
 
Saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Sileks"in baş məşqçisi Qoran Simovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.
 
Qeyd edək ki, sabah Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sileks" oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Şerif" (Moldova) – "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest