Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la Şimali Makedoniyanın "Sileks" klubları arasındakı oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ideal vəziyyətdə deyil.
 
Matc.az xəbər verir ki, mərkəzi arenanın bəzi yerlərində otun rəngi saralıb. Hazırda stadionda örtüyün hazır vəziyyətə gətirilməsi üçün işlər davam etdirilir.
 
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sileks" oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Şerif" (Moldova) – "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest