Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
 
Azərbaycan çempionu "Qarabağ" da Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gəlib və rəqibini darmadağın edib. Ağdam klubu ilə yanaşı, Brest "Dinamo"su, "Seltik" və "Srvena Zvezda" da darmadağına sevinib. "Legiya"ya isə mərhələ adlamaq üçün bir qol bəs edib.
 
Təsnifat mərhələləri bir oyundan ibarət olduğu üçün qalib komandalar birbaşa 2-ci təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər.
 
UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsi
18 avqust
 
"Qarabağ" (Azərbaycan) – "Sileks" (Şimali Makedoniya) 4:0
Qol: X.Romero, 11. D.Gerye, 40; 51. M.Emreli, 80.
 
"Legiya" (Polşa) – "Linfild" (Şimali İrlandiya) 1:0
Qol: Kante, 82.
 
"Dinamo" (Brest, Belarus) – "Astana" (Qazaxıstan) 6:3
Qol: Qordeyçuk, 16; 22. Peçenin, 17. Sedko, 37. Diallo, 55; 90 – Tomasov, 45. Rotariu, 53. Beysebekov, 87.
 
"Seltik" (Şotlandiya) – "Reykyavik" (İslandiya) 6:0
Qol: Elyunussi, 6; 90+1. Eduard, 17; 72. Julien, 31. Teylor, 46.
 
"Srvena Zvezda" (Serbiya) – "Europa" (Cəbəllütariq) 5:0
Qol: Ben, 35; 44; 52. İvaniç, 78; 87.
 
çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin digər matçları avqustun 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest