Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 2019/20 mövsümünün yarımfinal mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, qarşılaşmalar koronavirus pandemiyasına görə Portuqaliyada keçirilir və bir oyundan ibarətdir.
 
1/4 finalda Madrid "Atletiko"sunu mübarizədən kənarlaşdıran "Leyptsiq" (Almaniya), bu mərhələdə Fransa çempionu PSJ ilə qarşılaşıb. Rəqibini darmadağın edən Paris təmsilçisi ilk finalçı olub.
 
Yarımfinalın digər matçında Almaniya nəhəngi "Bavariya" ilə "Olimpik" (Lion, Fransa) üz-üzə gələcək.
 
UEFA çempionlar Liqası
Yarımfinal
18 avqust
 
Leyptsiq (Almaniya) – PSJ (Fransa) 0:3
Qol: Markinyos, 13. Di Maria, 42. Bernat, 56.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest